Rusiya ilk dəfə deyil ki, belə edir – Zaxarov
Moldovanın bir sıra məmurlarının Rusiyaya girişinə qadağa qoyulması qərarı təəssüfləndiricidir.
Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarov deyib.
“Rusiya hakimiyyəti ilk dəfə deyil ki, bu cür tədbirlərə əl atır. Lakin Moldova Respublikası sabitliyi pozan hərəkətlərə fəal şəkildə qarşı çıxmaqda davam edir”, – Zaxarov bildirib.
Onun sözlərinə görə, Moldovanın diplomatik müstəvidə qəbul etdiyi bütün qərarlar Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına uyğundur.
Short URL: http://www.cumhuriyyet.net/?p=194730