Ərdoğan Rusiyaya gedir

22.08.2023 - 15:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiyaya səfər edəcək və Vladimir Putinlə taxıl sazişini müzakirə edəcək.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

“Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, Prezident Ərdoğanın Rusiyaya gözlənilən səfəri razılığa gəlmək üçün çox vacibdir. Digər tərəfdən, Türkiyənin Rusiyasız yeni marşrutu qeyri-sağlam hesab etdiyi bildirilir. Prezidentin müşaviri Akif Çağatay Kılıç Ukraynaya səfər edəcək, xarici işlər naziri Hakan Fidanın isə Ukrayna və Rusiyaya səfəri gözlənilir. Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyada Putinlə görüşü planlaşdırılır. Prezident mənbələrindən alınan məlumata görə, Ərdoğanın səfəri taxıl dəhlizi ilə bağlı sazişin icrasının davam etdirilməsi üçün ən mühüm addım olacaq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Putinin avqustun sonunda Türkiyəyə səfər edəcəyi gözlənilirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=194808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930