Qriqoryan yenə Hindistana gedir

25.08.2023 - 11:30

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə TŞ-nin mətbuat xidəməti məlumat yayıb.

Avqustun 28-də baş tutacaq səfər zamanı Qriqoryan Hindistan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dovalla görüşəcək.

Qeyd edək ki, Qriqoryan ötən ilin noyabrında da Hindistana səfər etmişdi.

Xatırladaq ki, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir, Dehli İrəvana haubitsalar da daxil olmaqla, bir sıra silahlar satır.

Short URL: http://www.cumhuriyyet.net/?p=194929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930