Priqojini Putin öldürdü – Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin ölümündə Kremlin məsuliyyət daşıdığını deyib.
Cumhuriyyet.net xəbər verir ki, o, bu barədə Kiyevdə keçirilən Yalta sammitində bildirib.
Zelenski bu kontekstdə Rusiya Prezidenti Putinin adını açıq şəkildə hallandırıb:
“Priqojini Putin öldürdü, bizdə olan məlumat budur. Onun ölümü bizim üçün matəm olmadı, əksinə, daha bir terrorçu azaldı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=195575