Yaponiya hökuməti istefa verdi
Yaponiya hökuməti istefa verib, Baş nazir Fumio Kişida isə istefanı qəbul edib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə AP məlumat yayıb.
“Yeni kabinet yaxın saatlarda elan edilməlidir. Kabinetin 19 üzvündən 11-i dəyişdiriləcək. O cümlədən, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə yeni rəhbərlər təyin olunacaq. Bundan əlavə, Yaponiyanın yeni hökumətində beş qadın yer alacaq”, – məlumatda qeyd edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=195651