Moskvada İlon Maskın üstünə tüpürüblər

13.09.2023 - 16:13

Rusiya təşkilatının nümayəndəsi istismardan çıxarılan sovet daşıyıcı raketləri almağa çalışan sahibkar İlon Maskın üstünə tüpürüb.

Hadisə İlon Maskın 2002-ci ildə Moskvaya səfəri zamanı baş verib.

Həmin vaxt o, hələ təzə-təzə Marsa uçmaq barədə düşünür və bunun üçün Rusiyadan alınmış kosmik texnologiyadan istifadə edəcəyinə ümid bəsləyirdi. Onu əvvəllər planetlərarası stansiyaların və hərbi peyklərin hazırlanmasında iştirak etmiş amerikalı mühəndis Cim Kantrell müşayiət edib.

Səfər elə lap əvvəlindən yaxşı getməyib. Səfərin ilk günü Mask çox içib və huşunu itirib. Axşama doğru o, özünə gəldikdən sonra digər bir rus təşkilatında danışıqlara gəlib və yad planetlərin müstəmləkəçiliyi haqqında danışmağa başlayıb.

C. Kantrell iddia edir ki, Maskın çılğınlığı onların həmsöhbətini açıq-aydın qəzəbləndirib.

“Bu raketlər hansısa kapitalistlər öz axmaq missiyaları üçün Marsa uçsunlar deyə yaradılmayıb! Sizin baş mühəndisiniz kimdir?”, – deyə Rusiyanın nümayəndəsi hiddətlənərək soruşub.

Mask onun baş mühəndis olduğunu etiraf edib. Bundan sonra isə təşkilatın nümayəndəsi onun üstünə tüpürüb.

“O, bizim üstümüzə tüpürdü?”, – deyə İ.Mask bunu heç cür gözləmədiyi üçün gözlərinə inanmayaraq C.Kantrelldən soruşub.
“Tüpürdü. Mənə elə gəlir ki, o, öz hörmətsizliyini nümayiş etdirmək istəyirdi”, – deyə onu müşayiət edən mühəndis təsdiqləyib.

Səfər uğursuzluqla başa çatıb. Mask sovet raketlərini əldə edə bilməyib və anlayıb ki, raketləri özü işləyib hazırlamalı olacaq. Elə həmin il o, “SpaceX” şirkətini qurub, Kantrell də həmin şirkətin vitse-prezidenti olub.

Bu barədə Uolter Ayzekson “İlon Mask” kitabında yazıb.

Qeyd edək ki, sentyabrın 12-də “SpaceX” və “Tesla”nın yaradıcısının həyatından bəhs edən “İlon Mask” bioqrafik kitabı nəşr olunub. Kitabda əvvəllər məlum olmayan faktlar açıqlanır.

Xatırladaq ki, kitabın müəllifi daha əvvəl “Apple” şirkətinin qurucusu Stiv Cobsun bioqrafiyasını yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=195679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031