Bu il Gürcüstanda ölənlərin sayı yeni doğulanlardan çox olub

15.09.2023 - 18:18

2023-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstanda 19 431 körpə dünyaya gəlib, 21 944 nəfər vəfat edib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, cari ilin birinci yarısında ölkədə təbii artım göstəricisi mənfi 2 513 nəfər olub.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində, həmçinin Acarıstan Muxtar Respublikası və paytaxt Tbilisidə isə müsbət təbii artım qeydə alınıb. Statistikaya əsasən hesabat dövründə Kvemo Kartlidə təbii artım 145, Acarıstanda 870, Tbilisidə isə 340 nəfər təşkil edib.

Bu ilin ilk altı ayı ərzində Gürcüstanda 10 366 evlilik, 6 828 boşanma olub. Hesabat dövründə Kvemo Kartlidə 1304 evlilik, 651 boşanma olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195759

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930