Ərdoğandan İrana şok ittiham
Türkiyə prezidenti: “İran Mosulda İŞİD-in yerini almamalıdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verib. Anspress-in məlumatına görə, “France 24″ kanalına danışan Ərdoğan Yəməndə baş verənlərdə İranı günahlandırıb: “İran və terrorçu qruplar Yəməndən çəkilməlidir’.
Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini deyib.
Ərdoğan İranın İraqdakı rolu üçün belə deyib: “İran Mosulda İŞİD-in yerini almamalıdır”.
Kürd probleminin həlli ilə bağlı sualı cavablandıran Türkiyə prezidentini Şimali İrlandiya da oduğu kimi PKK ilə qarşıdurmalara getməyəcəklərini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=19667