Kohen: Ayıb olsun sənə, Quterreş!
İsrailin xarici işlər naziri Eli Kohen BMT Baş katibi Antonio Quterreşin Qəzza zolağının uşaqlar üçün qəbiristanlığa çevrilməsi ilə bağlı sözlərini tənqid edib.
Cumhuriyyet.net xəbər verir ki, Kohen bu barədə X sosial şəbəkə hesabında yazıb.
O, Quterreşə HƏMAS tərəfindən girov götürülən israilliləri xatırladıb:
“Ayıb olsun sənə, Antonio Quterreş! Qəzza zolağında 30-dan çox azyaşlı, o cümlədən 9 aylıq körpə və uşaqlar öz iradəsi əleyhinə saxlanılır”.
Kohen vurğulayıb ki, anklavdakı vəziyyətin günahkarı bu terror təşkilatını məhv etməyə çalışan İsrail hərbçiləri deyil, HƏMAS-dır.
Short URL: http://www.cumhuriyyet.net/?p=196937