OLİQARXLAR UKRAYNADAN 1 MİLYARD TƏLƏB EDİR – Kiyevi nədə ittiham edirlər?

06.01.2024 - 15:34

Lüksemburqda qeydiyyatdan keçmiş və “Alfa-Bank” strukturları ilə əlaqəli olan “ABH Holdings SA” şirkəti Ukraynaya qarşı iddia qaldırıb.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, şirkət “Alfa-Bank”-ın Ukrayna bölmələrinin milliləşdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb edir. Dəymiş ziyanı bir milyard dollardan çox qiymətləndirilir.

İddia Dünya Bankının təşkilatlar qrupuna daxil olan İnvestisiya Mübahisələrinin Həlli Beynəlxalq Mərkəzinə verilib. Şirkətin bəyanatında deyilir ki, Ukrayna hakimiyyəti bankı qanunsuz olaraq müsadirə edib, “korporativ basqın üsullarından və müharibədən qazanc əldə etməklə” zorla milliləşdirib.

“ABH Holdings” Ukrayna hakimiyyətini şirkətin əsas səhmdarlarını gözdən salmaq, onlara qarşı saxta ittihamlar irəli sürmək və “qara piar” üsullarından istifadə etmək üçün pərdəarxası kampaniya başladığını da iddia edir.

“ABH Holdings”-in əsas səhmdarları Rusiyanın “Alfa Group” maliyyə şirkətinin həmtəsisçiləri Mixail Fridman və Pyotr Avendir.

Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladıqdan sonra “Alfa-Bank”-ın Ukrayna filialı “Sense Bank” adlandırılıb. Eyni zamanda, onun əsas sahibləri bankı idarə etməkdən uzaqlaşdırılıb. 2023-cü ilin yayında Ukrayna Nazirlər Kabinetinin qərarı ilə bank milliləşdirilib. Ukrayna Milli Bankı dəqiqləşdirib ki, “Sense Bank” ölkədə hərbi vəziyyət başa çatana qədər dövlət nəzarətində olacaq.

“Alfa Group”un həmtəsisçiləri, milyarderlər Pyotr Aven və Mixail Fridman ABŞ, Böyük Britaniya və Avropa İttifaqının, eləcə də digər Qərb ölkələrinin sanksiyaları altındadır. Bu ölkələrin hakimiyyəti hesab edir ki, onlar Rusiya Prezidenti Vladimir Putinə yaxındırlar və Kremlin maraqlarına, o cümlədən Rusiyanın Ukraynaya təcavüzünə xidmət edirlər. Ukrayna da onlara qarşı sanksiyalar tətbiq edib və bu ölkədə sahib olduqları aktivləri milliləşdirib.

Hər iki iş adamı Rusiyanın Ukraynaya müdaxiləsini nə dəstəkləyib, nə də əleyhinə açıq şəkildə çıxış edib. Bir sıra rusiyalı müxalif siyasətçilər bundan əvvəl Aİ və Böyük Britaniya hakimiyyətlərindən onlara qarşı sanksiyaları ləğv etməyi xahiş etsə də, bu baş tutmayıb.

Federasiya Şurasının üzvü, Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin öz növbəsində bankir Mixail Fridmanın Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində iştirakına görə fəaliyyətini yoxlamaq xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

Ehtimallara görə, səbəb Fridmanın 2022-ci ilin sentyabrında verdiyi açıqlama ola bilər. İş adamı ona qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində Ukraynanın bərpası üçün öz vəsaitindən bir milyard dollar ianə etməyi təklif edib.

Böyük Britaniyada ona qarşı tətbiq edilən sanksiyaların ləğvinə nail ola bilməyən Fridman əvvəlcə İsrailə, Qəzza zolağında müharibə başlayandan sonra isə Moskvaya köçüb.

Aven isə Latviyada yaşayır. Bu ölkənin hakimiyyət orqanlarının onu vətəndaşlıqdan məhrum etmək imkanını nəzərdən keçirdiyi bildirilir. Bununla belə, o, vətəndaşlığı investisiya yatırdırğı üçün deyil, əcdadlarının latviyalı olduğuna görə alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197195

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930