Türkiyə Ordusu bu istiqamətdə hərəkətə keçdi

07.01.2024 - 10:04

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında hava əməliyyatı keçirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, açıqlamada Metina, Qara, Hakurk, Qəndil və Asosda 15 hədəfin məhv edildiyi qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, sözügedən bölgələrində 6 yanvar 2024-cü il tarixində terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib, mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar dağıdılıb.

“Aparılan əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək çox sayda terrorçu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri təhlükəsizliyi təmin etmək üçün bir nəfər terrorçu qalmayana qədər terrorla mübarizəni əzm və qətiyyətlə davam etdirəcək. Bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi və mədəni sərvətlərə, ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün bütün tədbirlər görülüb” – açıqlamada bildirilib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İraqın şimalındakı bölgələrdə terrorçulara məxsus 15 hədəfi məhv etdiyi əməliyyat başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=197208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031