Fransız generaldan ŞOK iddia: “Rusiya bu il Ukrayna münaqişəsində qalib gələ biləcək”

07.01.2024 - 12:13

“Rusiya prezidenti Vladimir Putin ölkə ordusunu o qədər gücləndirib ki, bu il Ukrayna münaqişəsində qalib gələ biləcək”.

Bu fikri Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri, general Jan-Pol Palomero LCI televiziya kanalında səsləndirib.

General “Ukrayna ordusunun hazırkı mövqeyi Rusiyanın nəhayət 2024-cü ildə üstünlüyü əldə etməsinin səbəbi ola bilərmi?” sualına belə cavab verib:

“Ola bilər. Ukraynalı generalların açıqlamaları heç də təəccüblü olmayıb. Bəzi insanlar bunun “ağlayan canavar” olduğunu düşünə bilər, amma mən belə düşünmürəm”.

Onun sözlərinə görə, Rusiya hərbi qüdrət baxımından “artır” və Rusiya və Ukrayna qüvvələri arasında uçurum hər gün dərinləşir.

Palomero Putinin uğurunun səbəblərini hərbi büdcəni əhəmiyyətli dərəcədə artırmaqda görür. Həmçinin Rusiya prezidenti səfərbərliyi elə həyata keçirə bildi ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti xeyli artsın, hərbi sənaye güclənsin.

Eyni zamanda, Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbərinin sözlərinə görə, Ukrayna texniki və insan resurslarını yeniləyə bilmədiyini nümayiş etdirib. (Publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197240

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031