İstanbul uğrunda “SAVAŞ”: AKP İmamoğluna qarşı

08.01.2024 - 11:58

“İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədimizin açıqlanması ictimai rəydə coşqu yaradıb”. Bu fikirləri Murad Qurumun Türkiyədə bu il martın 31-də keçiriləcək yerli seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədliyinin təsdiqlənməsini dəyərləndirən Böyük Millət Məclisinin (TBMM) AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Murad Qurumun namizədliyinin rəsmiləşməsi ölkənin ictimai rəyini xeyli canlandırıb:

“Əlbəttə, bir neçə il ətraf mühit və şəhərsalma naziri vəzifəsində uğurla fəaliyyət göstərən gənc, həm də enerjili Murad Qurumun İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd olması çox mühüm hadisədir.

AKP Murad Qurumun namizədliyini birdən-birə rəsmiləşdirmədi. Bu istiqamətdə davamlı tədqiqatlar aparıldı, sorğular keçirildi və nəticədə Murad bəyin namizədliyinin uyğunluğu nəticəsinə gəlindi. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədimizin açıqlanması ictimai rəydə coşqu yaradıb.

Ümumiyyətlə, AKP həm böyük şəhərlərdə, həm də bütün yaşayış məntəqələri üzrə namizədlərini çox diqqətlə seçərək bu prosesi tamamlayır. İnanırıq ki, aparacağımız uğurlu seçki kampaniyası sayəsində İstanbulda və bütün şəhərlərdə AKP namizədlərinin qələbəsinə nail olacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930