ABŞ iki rus hakerlərinə qiymət qoydu: 3 milyon dollar

27.03.2015 - 01:52

xakerABŞ internet vasitəsilə başgicəlləndirici məbləğdə ($50 milyon) oğurluqda şübhəli bilinən iki rusiyalı hakerin tapılmasına kömək edəcək informasiyaya görə $3 milyon mükafat ayırıb. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, söhbət Roman Zolotaryov və Konstantin Lopatindın gedir.

Onlar saxta sənədlərin hazırlanması və satışında, debet və kredit kartları haqda məlumatların alverində, həmçinin şəxsi informasiyaların oğurlanmasında və maliyyə fırıldaqçılıqlarında günahkar bilinirlər. Xakerlər öz bəd niyyətlilərini Carder.ru saytı vasitəsilə həyata keçiriblər.

“2 milyon dollar mükafat Zolotaryov haqda, bir milyona yaxın mükafat isə Lopatin haqda informasiyaya görə vəd edilir”, – deyə ABŞ Dövlət Departamentinin saytında bildirilir.

Departament cinayətkar saytın yaradıcının Zolotaryov olduğunu və orada “Admin” kimi qeydiyyatdan keçdiyini ən real sayır. Lopatin isə “Qraf” adı altında fəaliyyət göstərib və Amerika istintaqçılarının fikrincə, qruplaşmanın həlledici iştirakçısı olub.

Onların hər ikisinin Rusiyada gizləndiyi deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=19729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728