Putin tərəfdarı olan jurnalistin müəmmalı ölümü

09.01.2024 - 10:53

Rusiyada Putinyönlü jurnalist Zoya Konovalovanın keçmiş həyat yoldaşı ilə birlikdə evində ölü tapılması ölkədə şok yaradıb.

Musavat.com xəbər verir ki, Konovalovanın zəhərlənmiş ola biləcəyi iddia edilib.

Rusiya İstintaq Komitəsi isə hadisənin şübhəli ölüm olduğunu və zəhərlənmə ehtimalının nəzərdən keçirildiyini bildirib. Cəsədlərin yanında narkotik maddə tapıldığını açıqlanıb.

Konovalovanın yaxınları jurnalistin həyatı boyu narkotikdən istifadə etmədiyini iddia ediblər. Jurnalistin ölümü Putin tərəfdarları arasında müəmmalı ölümlər siyahısına daxil edilib.

Qeyd edək ki, bundan əvvəl də VGTRK-nin (Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti) önəmli simalarından olan aparıcı Vladimir Solovyova qarşı sui-qəsd, Rusiya lideri Putinin sevdiyi qəzetlərdən biri olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsarevanın şübhəli ölümü olub. Tsarevanın keçmiş rəhbəri Vladimir Sunqorkin isə ötən il ürək tutmasından vəfat etmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197310

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829