Türk dünyasının TURİZM PAYTAXTI: Türküstan şəhərində hansı tədbirlər keçiriləcək?
“Vilayətin minaeral və müalicəvi su mənbələrinin tədqiqatı üzrə işlər də sürətləndirilməlidir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri 2024-cü ildə Türk dünyasının “Turizm paytaxtı” seçilən Qazaxıstanın Türküstan şəhərinin yerləşdiyi eyni adlı vilayətin hakimi Darxan Satıbaldı deyib.
Türküstann vilayəti hakiminin mətbuat xidmətindən Yenicag.az-a daxil olan məlumata görə, Aparat müşavirəsində şəhərdə il ərzində keçiriləcək tədbirlərlə bağlı geniş müzakirələr aparılıb.
Qeyd olunur ki, bu çərçivədə 40-dan artıq tədbirin təşkil edilməsi qərara alınıb. Eyni zamanda, ənənəvi “Voice of Turan” Beynəlxalq qazax musiqisi festivalının dağ turizmi mövsümünün açılışı ərəfəsində dağlıq ərazidə keçirilməsi razılaşdırılıb. Festivalda 20-yə qədər ölkədən ifaçıların iştirakı gözlənilir.
Tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün müvafiq tapşırıqlar verən Darxan Satıbaldı bu fəaliyyətin regionun turizm potensialını inkişaf etdirəcəyini bildirib:
“Əsas diqqətimiz regionda turizmin inkişaf etdirilməsinə yönəlməlidir və bölgəyə gələn turistlərin sayının artmasına səy göstərməliyik. Çünki Türküstan artıq turizm paytaxtıdır. Nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə və keyfiyyətlə keçirilməsi müttləqdir. Eyni zamanda, vilayətin minaeral və müalicəvi su mənbələrinin tədqiqatı üzrə işlər də sürətləndirilməlidir. Bu, turizmin inkişafına təkan verəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=197328