Tramp ABŞ iqtisadiyyatının bir il müddətində çökəcəyini proqnozlaşdırıb

09.01.2024 - 12:38

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ölkə iqtisadiyyatı həssas dönəm yaşayır və bir il ərzində çökə bilər… Poliqon The Hill qəzetinə istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı jurnalist Lou Dobbsa müsahibəsində bildirib.

“Bizim iqtisadiyyatımız həssas dönəm yaşayır və onun indi işləməsinin yeganə səbəbi gördüyümüz işin buxarıdır. Ümid edirəm ki, növbəti 12 ay ərzində qəza baş verəcək”, deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Naziri Janet Yellen deyib ki, xəzinə bazarı təhlükəsiz və likviddir, bu isə onu göstərir ki, ABŞ iqtisadiyyatı güclüdür. Yellen etiraf edib ki, uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi davam edərsə borcun davamlılığı üçün problem yaranacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=197343

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031