Rusiya ordusunda kimlər döyüşür: Əsir mübadiləsindən ilginc görüntülər + VİDEO

11.01.2024 - 12:26

Məlum olduğu kimi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə təkcə özünün peşəkar hərbçilərini deyil, həbsxanalardan topladığı məhbusları da cəlb edib. Onların arasında bir neçə nəfəri qətlə yetirən, ağır cinayətlər törədən residivistlərdən tutmuş oğrulara, narkotik alverçilərinə qədər müxtəlif əməl sahibləri var. Vladimir Putin öz fərmanları ilə həmin şəxsləri cinayət məsuliyyətindən azad edərək, Ukrayna ilə müharibəyə göndərir. Lakin onların heç də hamısı “qəhrəman” adı alaraq, Rusiyaya qayıda və əvvəlki cinayətlərini təkrarlaya bilmirlər. Həmin məhbusların böyük əksəriyyəti ya döyüş meydanında ölür, ya da əsir düşürlər.

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı jurnalist Yuri Butusov Ukrayna ilə Rusiya arasındakı son hərbi əsir mübadiləsi ilə bağlı maraqlı video paylaşıb.

Bu videodakı sifətlər hazırkı Rusiya ordusunun simasını göstərir. Orada Rusiyaya təhvil verilən bir avtobus rusiyalı əsirin tamamilə cinayətkarlardan ibarət olduğu görünür və həmin şəxslər kameraya danışaraq, keçmişdə hansı maddələr üzrə ittiham olunduqlarını etiraf edirlər.

Bu zaman məlum olur ki, onların arasında iki və daha çox şəxsi qətlə yetirən silsilə qatildən narkotik alverçisinə qədər bütün “peşə sahibləri” var. Ukrayna bu adamları yenidən Rusiyaya qaytarır, yəni, Rusiya öz “qəhrəmanlarına” qovuşur… Bir daha xatırladaq ki, Ukraynaya qarşı vuruşan məhkumlar “döyüş meydanında öz günahlarını qanla yuduqları üçün” Rusiya Prezidenti tərəfindən əfv olunurlar. Ancaq onu da qeyd edək ki, bu ilin avqust ayında Rusiyanın Kareliya diyarında Ukrayna müharibəsindən qayıdan məhbus dostu ilə birgə 6 nəfəri qətlə yetirib. Krasnoyarskda isə Ukraynadan qayıdan daha bir keçmiş məhbus və Rusiya “qəhrəmanı” iki qadını diri-diri yandırıb. Və bu cür nümunələrin sayı-hesabı yoxdur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197441

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829