Zelenski Putinə koordinatlarla “gizli mesaj” göndərdi

12.01.2024 - 13:55
Ukrayna prezidenti Vladimir Zelenski Estoniyanın baş naziri Kaja Kallas ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinə “gizli mesaj” verib.
Bu barədə Almaniyanın “Bild” tabloidi yazıb. Belə ki, Kallas Ukrayna bayrağının rənglərində kostyum və broş, Zelenski isə üzərində 48,3794° və 31,1656° rəqəmləri olan sviter geyinib.

Ukrayna lideri sviterinin üzərindəki rəqəmlərlə rusiyalı həmkarına “gizli mesajı” göndərib. Çünki Zelenskinin sviterindəki rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır.

Ölkənin 1991-ci ildən rəsmi tanınan sərhədlərinin coğrafi mərkəzi də məhz orada yerləşir. Kənddə Ukrayna paralelləri və meridianlarının birləşdiyi yerdə xatirə lövhəsi var. “ Beləliklə, Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini bildirir ”, – nəşr yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=197494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930