Putindən daha bir təhdid: Bir gün mütləq bunu edəcəm

13.01.2024 - 11:30

Xabarovsk şəhərində keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putinə Cənubi Kuril adalarından biri olan Kunaşir adası ilə bağlı sual verilib.

Musavat.com xəbər verir ki, Putin İkinci Dünya müharibəsindən bəri Yaponiya ilə mübahisə mövzusu olan Cənubi Kuril adalarına bir gün mütləq səfər edəcəyini bildirib.

Rusiya lideri adalarda turizmin inkişaf etdirilməsi lazım olduğunu ifadə edib: “Oranın çox maraqlı olduğunu deyirlər. Təəssüf ki, heç vaxt olmamışam, bir gün mütləq ora gedəcəm”.

Sakit Okeanın şimal-qərbində yerləşən Kuril adaları Rusiyanın Kamçatka yarımadasının cənub ucundan cənuba doğru Yaponiyanın Hokkaydo adasına qədər 1250 kilometr uzanır və qərbdə Oxot dənizi ilə şərqdə Sakit Okean arasında sərhəd təşkil edir.

Sovet qoşunları İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın Hokkaydo sahillərində dörd adanı ələ keçirdilər. Moskvanın əlində qalan bu adalar hələ də iki ölkənin sülh müqaviləsi imzalamasına mane olur. Yaponiya isə Moskvanın əlində olan Kuril adalarını öz ərazisi kimi qəbul edir. Adalar Yaponiya tərəfindən Şimal əraziləri kimi tanınır.

Short URL: http://www.cumhuriyyet.net/?p=197513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031