ÜST-dən COVID-19 xəbərdarlığı: “Sürətlə yayılır”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID -19-un hələ də qlobal miqyasda əhəmiyyətli risk yaratdığını və virusun patogeninin bütün dünyaya yayılmaqda davam etdiyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, ÜST-dən verilən məlumata görə, COVID – 19-un yayılma riski yüksək olsa da, ölüm halları azalıb.
ÜST-nin pandemiyaya hazırlıq üzrə ekspertlərindən biri olan D. Maria Van Kerkhove “X” hesabından paylaşdığı yazısında COVID -19-un cəmiyyətdə yaratdığı riskin qlobal miqyasda yüksək olduğunu bildirib.
Van Kerkhove, COVID -19 səbəbiylə xəstəxanaya yerləşdirilmələrdə 42 faiz artım və dekabr ayında bir əvvəlki ayla müqayisədə reanimasiyaya qəbul edilən xəstələrin sayında yüzdə 62 faiz artım olduğunu deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=197539