“Jewish Journal”: “Yəhudilər Ermənistanda antisemitizmin artmasından narahatdırlar”- ŞOK FAKTLAR

13.01.2024 - 13:26

Amerika nəşri olan “Jewish Journal” ravvin İsrael Barukun Ermənistanda antisemitizmdən bəhs edən məqaləsini dərc edib.

Bu materialın tərcüməsini Musavat.com-un oxucularının diqqətinə çatdırırıq.

“Vaiz” kitabında deyilir: “Nə olubsa, o da olacaq və Günəşin altında yeni bir şey yoxdur”.

Bu gün biz antisemitizmin hökm sürdüyü dünyanı seyr edərkən bəzi ağrılı şeyləri görürük. Gündəlik yürüşlər, nümayişlər və saysız-hesabsız açıq-aşkar antisemitizm aktları dünyanın böyük şəhərlərini əhatə edir. ABŞ Konqresinin salonlarında, universitetlərdə, orta məktəblərdə və bir çox başqa yerlərdə yəhudilərin soyqırımı çağırışları eşidilir. Yəhudi biznesləri davamlı olaraq vandalizmə məruz qalır və onların Paris, Berlin kimi şəhərlərdəki evləri “Davud Ulduzu” ilə işarələnir. Yəhudi qəbiristanlıqları murdarlanıb, sinaqoqlar dağıdılıb.

2023-cü il noyabrın 15-də Ermənistanda yeganə sinaqoq yandırılıb. Həmin sinaqoq oktyabrın 3-də – oktyabrın 7-də İsraildə baş verən faciəli hadisələrdən bir neçə gün əvvəl vandalizmə məruz qalıb. ASALA ( Ermənistanın terror təşkilatı- red.) məsuliyyəti öz üzərinə götürüb və yəhudi dövlətinin Azərbaycanla yaxın dostluğunun qisasını almaq üçün bütün dünyada yəhudilərə qarşı hücumları davam etdirəcəyini vəd edib.

Təəccüblü deyil. Hələ 2014-cü ildə Antidiffamasiya Liqası Ermənistanı Avropanın ikinci antisemit ölkəsi adlandırmışdı. Bundan əlavə, “Pew” Araşdırma Mərkəzinin sorğusuna görə, ermənilərin 32%-i yəhudiləri həmvətən kimi tanımır ki, bu da Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Bu, təəccüblü deyil, çünki ABŞ-dakı erməni qrupları onilliklər ərzində Amerikadakı kollec şəhərciklərində Boykot, Əldən Çıxış və Sanksiyalar (BDS) hərəkatında fəallıq göstəriblər. Onların diasporlarında antisemitizmin yayılmasının daha uzun tarixi var. Holokost zamanı erməni qoşunları Üçüncü Reyxə xidmət edir, yəhudi məhbuslarını ölüm yürüşlərinə çıxarırdılar. Erməni-amerikan təşkilatları açıq şəkildə Hitleri “bəşəriyyətə hədiyyə” kimi tərifləyərək Holokostu Almaniyanı təmizləmək üçün “əməliyyat” kimi qələmə verirdilər.

download.jpeg (6 KB)

Erməni nasist legionunun lideri Qaregin Njde əsas milli qəhrəman hesab olunur. Onun bütün ölkə üzrə 22 abidəsi var ki, onlardan da ən böyüyü 2016-cı ildə rəsmi olaraq İrəvanda açılıb. “The Forward” nəşrinin araşdırmasına görə, Ermənistanda abidələrin içində ən çoxu nasistlərə aiddir.

HƏMAS-ın hücumları ilə müqayisə oluna biləcək vəhşiliklə hərəkət edən Ermənistan silahlı qüvvələri 1990-cı illərin əvvəllərində İsrailin ən yaxın müttəfiqi olan Azərbaycana qarşı qətliam həyata keçirərək mülki azərbaycanlıları qətlə yetirib. Ermənistanın Qarabağ bölgəsini işğal etməsi tarixində törətdiyi ən dəhşətli hadisə  Xocalı qətliamı idi.

Xocalıda dinc azərbaycanlılar dəhşətli şəkildə qətlə yetirildi – onların çoxu evlərini tərk etdi. 30 il əvvəl əsir götürülən minlərlə insan hələ də geri qaytarılmayıb. Onların ailələri hələ də yaxınlarından xəbərsizdir.  Erməni işğalı uzun müddətdir mövcud olan etnikçilik milli ideologiyasına əsaslanırdı. Ermənistan müttəfiqi İranın tərəfindədir, ABŞ-da İsrailə qarşı kampaniya aparır, ölkənin özündə ermənilər yeganə sinaqoqu yandırırlar.

2024-cü il yanvarın 1-də İrəvana yürüş zamanı neonasistlər Hitler salamından istifadə edərək “Ermənistan yalnız ermənilər üçün” şüarları səsləndirdilər. İsrailin Ermənistandakı səfiri Yoel Lion X sosial şəbəkəsindəki səhifəsində yazıb: “İrəvanda “Sieg Heil” şüarı ilə müşayiət olunan yürüşdən dərin narahatdır. Nasist əməkdaş Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır”.

İndi də bütün dünyada yəhudilərin həyatı üçün real təhlükə ilə mübarizə apararkən, biz geriyə baxmalı və bizi bura gətirən tarixi xatırlamalıyıq”, – ravvin Baruk yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197541

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031