Ermənistanla Türkiyə arasında razılaşma ola bilər – Araz çayına görə

13.01.2024 - 14:01

“Araz çayının əvvəlki məcrasına qaytarılması üçün bənd tikilməsi layihəsi lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirib.

“Hazırda layihə sənədlərinin kordinasiyası üçün Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə danışıqlar aparılır və zərurət yaranarsa Türkiyə tərəfi ilə də müzakirələr aparılacaq. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, – məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.

Xatırladaq ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün çayın hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197550

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829