Almaniya Rusiya 2025-ci ldə başlayacaq müharibəyə hazrlaşır

15.01.2024 - 11:41

Almaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Rusiya ilə müharibə planı hazırlayıb…

Poliqon xəıbər verir ki. bu barədə Almaniyanın “Bild” nəşriəldə etdiyi gizli sənədə əsasə məlumat yayıb. “Bild”in əldə etdiyi sənədə görə, Almaniya Müdafiə Nazirliyi NATO ilə Rusiya arasında 2025-ci ilin yayında başlaya biləcək mümkün müharibənin ssenarisini hazırlayıb. Nazirlik bu ilin fevralında vəziyyətin gərginləşəcəyini gözləyir.

Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi “addım-addım, aydan-aya” prezident Vladimir Putinin necə hərəkət edəcəyini və hipotetik təcavüz zamanı NATO-nun özünü necə müdafiə etməyi planlaşdırdığını təsvir edən təlim ssenarisi hazırlayıb.

“Alyans Müdafiəsi 2025” adlanan ssenari 2024-cü ilin fevralında Rusiyanın yeni səfərbərlik həyata keçirməsi və 200 min nəfəri orduya çağırmasını ehtimal edir. Ssenariyə görə daha sonra Rusiya qüvvələri Ukraynaya yaz hücumuna başlayacaq və iyun ayına qədər Ukrayna ordusunu geri çəkilməyə məcbur edəcək.

İyulda Qərbə qarşı kiberhücumlar və hibrid müharibənin digər formaları başlayacaq. Rusiyanın öz ərazisində və Belarusda irimiqyaslı təlimlərə başlaması isə Baltikyanı ölkələrdə qarşıdurmaları artıracaq. Oktyabrda isə Rusiya qoşunlarını və orta mənzilli raketlərini Kalininqrada yerləşdirəcək. 2024-cü ilin dekabrından Belarus və Kalininqrad vilayəti arasında “Suvalki dəhlizi” uğrunda döyüşlər başlaya bilər ki. bu da Rusiya-NATO müharibəsinin başlanğıcı ola bilər. Daha sonra ABŞ-da prezident seçkilərindən sonra yaranmış müvəqqəti anarxiyadan istifadə edən Rusiya Belarusun dəstəyi ilə NATO ərazisində işğala başlaya bilər.

Təsvir edilən ssenaridə geniş miqyaslı Rusiya ilə NATO arasında müharibə 2025-ci ilin yayında başlaya bilər. 2025-ci ilin may ayında alyansın rəhbərliyi məhdudlaşdırma tədbirləri ilə bağlı qərar qəbul edə bilər ki, bu da Bundesverin məxfi sənədinə əsasən, X-ci gündə NATO-nun Baş Komandanı şərq cinahına 300 min əsgər, o cümlədən 30 min Bundesver əsgəri köçürmək əmri verəcək.

Ssenari “X” günündən 30 gün sonra başa çatır. Alman hərbçiləri bu münaqişənin dəqiq nə ilə bitəcəyini açıqlamır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197624

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829