Bakıda sexdə partlayış – ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
****
Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
****
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
Bu barədə cavab olaraq TƏBİB-dən bildirilib.
15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.
****
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Short URL: http://www.cumhuriyyet.net/?p=197634