Moskvadan Tehrana ard-arda zənglər
Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun iranlı həmkarı Məhəmməd Aştiani arasında telefon danışığı olub.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər hərbi, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Danışıqlar zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın cari məsələləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri üzrə də fikir mübadiləsi aparılıb”, – Nazirliyin açıqlamasında deyilir.
Sergey Şoyqu qeyd edib ki, Moskva və Tehran həqiqətən bərabər çoxqütblü dünya qurmaq maraqları naminə birgə səylərini ardıcıl olaraq davam etdirirlər.
“Tərəflər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə, o cümlədən bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət etdiklərini vurğuladılar. Bu da Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında imzalanmaq üçün hazırlanan iri dövlətlərarası sazişdə bir daha təsdiqlənəcək”, – Rusiya Müdafiə Nazirliyi bildirib
Short URL: http://www.cumhuriyyet.net/?p=197682