Başqırdlar Rusiyada üsyana qalxdı: Əraziyə OMON qüvvələri gətirildi + VİDEO

17.01.2024 - 15:04

Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində etiraz aksiyası keçirilib.

“AzPolitika.info” xəbər verir ki, bu gün başqırd fəal Fail Alsınovun həbsinə etiraz etmək üçün məhkəmə binasının qarşısına bir neçə min nəfər şəxs toplaşıb.

Əhali ilə polis qüvvələri arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib. Daha sonra əraziyə OMON qüvvələri cəlb olunub və aksiya iştirakçıları məhkəmə ərazisindən uzaqlaşıdırılıblar.

Məlumata görə, başqırd fəal Fail Alsınov Rusiyanın Ukraynadakı işğalına qarşı çıxdığına görə həbs edilib. Qeyd olunur ki, məhkəmə Alsınovu ekstremizm yaymaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib.

“AzPolitika.info”


Short URL: http://www.cumhuriyyet.net/?p=197785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930