Tramp partiyadaxili seçkilərdə qalib gəlib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatında respublikaçıların səslərinin əksəriyyətini qazanıb. Bu, Respublikaçılar Partiyasından prezidentliyə namizədin seçilməsi üçün ölkədə ilk səsvermədir. Tribunainfo.az xəbər verir ki, 38 mindən çox səs hesablandıqdan sonra Tramp onların 53%-ni, Florida qubernatoru Ron DeSantis 20,1%-ni, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli 18,3%-ni toplayıb. Vivek Ramasvami 7,7% səs toplayıb.
Ayova Respublikaçılar Partiyasının saytında verilən məlumata görə, prezident seçkilərində respublikaçıları təmsil etmək üçün mübarizə aparan digər üç namizəd 1%-dən az səs toplayıb. Bunlar qəti nəticələr deyil.
Demokratik seçicilər də eyni gündə, yanvarın 15-də görüşdülər, lakin faktiki səsvermə növbəti bir neçə həftə ərzində keçiriləcək. Nəticələr martın 5-dək açıqlanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=197805