Zelinski Trampa meydan oxudu: Buyur, gəl Ukraynaya

20.01.2024 - 11:56

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampın “Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyi” ilə bağlı açıqlamasına münasibət bildirib.

“AzPolitika.info” xəbər verir ki, “Channel 4 News” telekanalına müsahibəsində Ukrayna dövlət başçısı Trampı Kiyevə gəlməyə dəvət edib. “Donald Tramp, Sizi Ukraynaya, Kiyevə dəvət edirəm. Əgər 24 saat ərzində müharibəni dayandıra bilərsinizsə, məncə, bu, gəlmək üçün kifayət edər”, – Zelenski deyib.

Zelenski Trampın Ukraynadakı müharibəni tez bitirmək fikrindən narahat olduğunu bildirib:” Yəni o, təkbaşına qərarlar verəcəyini deyir. Hər iki tərəfsiz, yəni bizsiz. Bu onu deməyə əsas verir ki, əgər onun heç kimin eşitmədiyi ideyası baş tutmasa o, öz ideyasını həyata keçirmək üçün hər şeyi edəcək. Bu, məni bir az narahat edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31