ÜST-dən YENİ PANDEMİYA XƏBƏRDARLIĞI – “Koronavirusdan 20 qat daha ölümcüldür”

23.01.2024 - 10:59

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus aparılan araşdırmalar çərçivəsində mühüm bir xəbərdarlıq edib.

“AzPolitika.info” xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Qebreyesus, “Xəstəlik X” adlı sirli bir xəstəlik haqqında təəccüblü açıqlamalar verib. O, bu xəstəliyin koronavirus epidemiyasından 20 dəfə daha ölümcül ola biləcəyini bildirib. ÜST rəhbəri həmçinin əlavə edib ki, 5 ildən bir yeni epdemiyaya çevrilə bilən bu xəstəlik, 75 milyondan çox insanın ölümünə səbəb ola bilər.

Qebreyesus dünyanın növbəti epidemiyaya daha effektiv cavab verə bilməsi üçün qlobal razılaşmanın vacib olduğunu bildirib:“Baş verə biləcək bir şeyi qabaqcadan görmək daha yaxşıdır. Çünki bu, tariximizdə dəfələrlə olub və buna hazırlaşmaq lazımdır. Bəzi şeylərlə hazırlıqsız qarşılaşmamalıyıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=197922

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930