BMT TŞ-də gərginlik – Rusiya və ABŞ təmsilçiləri bir-birini ittiham edib

23.01.2024 - 11:40

Bu gün Rusiyanın tələbi ilə BMT Təhlükəsizli Şurası (TŞ) Qərbin Ukraynaya silah tədarükü müzakirə etmək üçün toplaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavroviclasda çıxı edəərk Qərbi ittiham edb.

O, “Bütün qərəzsiz ekspertlər açıq şəkildə görürlər ki, Ukrayna böhranının sülh yolu ilə həllinə əsas maneə Qərbin Kiyevə verdiyi dəstəkdir”, – deyərək, ABŞ-ın Ukraynaya verdiyi dəstəklə təkcə Rusiyaya müharibə elan etmədiyini, həm də Avropanı iqtisadi cəhətdən zəiflətməyə çalışdığını iddia edib: “Avropa Birliyi ölkələri Vaşinqtonun onlardan tələb etdiklərini itaətlə yerinə yetirir və Ukraynaya silah verirlər: ABŞ onların silah anbarlarını bu yolla boşaldır. Bu anbarları yenidən Amerika hərbi sənayesi dolduracaq”. 

Rusiya XİN başçısı deyib ki, əgər Ukrayna döyüşü dayandırsa, Rusiya da dayandıracaq.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung isə bildirib ki, Ukraynadakı böhran uzanan münaqişəyə çevrilib: “Çin bunun narahatlıq doğurduğunu düşünür. Münaqişə qlobal qeyri-sabitlik və etibarsızlığa səbəb olur. Bütün tərəflər Ukraynadakı böhrana son qoymağa çalışmalı və ümumi təhlükəsizliyə diqqət yetirməlidir”.

NATO-nun şərqə doğru genişlənməsinin təhlükəsizlik və etibar boşluğunu daha da dərinləşdirəcəyini iddia edən Çin rəsmisi qeyd edib ki, bu münaqişədə qalib yoxdur: “Savaşın qalibi olmur. Pekin jesab edir ki, tərəflər təcili olaraq danışıqlara başlamalıdır. Unutmayaq ki, savaç daha çox mülki insanın həyatını itirməsinə səbəb olur…”.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud Rusiyanın Ukraynaya silah təhvil verilməsi ilə bağlı şikayətinə etiraz edib: “Rusiya burada dezinformasiya kampaniyasını həyata keçirmək üçün bir mərhələ kimi istifadə edir. Moskva Ukrayna ərazisində minlərlə rus əsgəri yeridib. Ancaq bir nəfər də olsun Ukrayna əsgəri Rusiya ərazisində deyil. Əgər Rusiya beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət etsəydi, o zaman Moskvanın buradakı nümayəndəsinin ittihamları daha səmimi görünərdi…”.

Vud Rusiyanın işğalının uğursuz olduğunu sözlərinə əlavə edibərək, bildirib ki, saxta ittiham və ya uydurma iddialarla Rusiyanın müharibəyə başlaması işğalçı tarixi faktı dəyişdirə bilməyəcək.

BMT-nin tərksilah üzrə direktor müavini Adedeji Ebo bütün silah təhvillərinin BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq həyata keçirilməli olduğunu vurğulayıb

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197934

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829