Xaçatryan işi böyüyür – Separatçı generalın ailəsi də ittiham olunur

23.01.2024 - 11:47

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın işi (Restoranda silahdan istifadə edib -red.) ilə bağlı keçmiş separatçı məmurun da başı ağrıyacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb. Söhbət separatçıların “müdafiə naziri”nin müavini işləmiş Harri Səfəryandan gedir. Restorandakı atışma işi çərçivəsində Səfəryanın oğlu Aksenə qarşı da ittiham irəli sürülüb. Xatırladaq ki, bir müddət öncə İrəvandakı “Erikin restoranı”nda 10-a yaxın müştəri arasında yaranmış mübahisə qanlı faciəyə səbəb olmuşdu. Dava əsnasında Tiran Xaçatryan ona mükafat kimi verilmiş silahından atəş açıb. Nəticədə Qarabağdan olan erməni Hrayr Mnatsakanyan ağır yaralanıb.

General, hadisə yerindən qaçaraq hotellərdən birində gizlənib. Əvvəlcə ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, bir neçə gün öncə isə keçmiş ordu məmuru saxlanılaraq 2 aylıq həbs cəzası alıb. Yerli müxalif media “restoran işi”ni baş nazir Nikol Paşinyanın köhnə komandanı təmsil edən generallara qarşı təmizləmə əməliyyatının bir hissəsi sayır. Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hərbi-siyasi durum gərginləşib. Məğlub baş nazir Nikol Paşinyan hərbi rəhbərliklə bağlı sərt tədbirlər gördü, xeyli sayda general ya vəzifəsindən azad edildi, ya da müxtəlif səbəblərlə həbsə atıldı. Həmin generallar üç il öncə Nikol Paşinyanın istefasını tələb edərək ona qarşı birləşmişdilər. Onların arasında Tiran Xaçatryan da var idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=197936

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031