Ermənistan müdafiə xərclərini kəskin şəkildə artırır
Hurriyyet.az xəbər verir ki, Ermənistan hökuməti 2024-cü ildə müdafiə sektoruna 557 milyard drama yaxın (136 milyon dollardan artıq) büdcə ayırmağı planlaşdırıb. Bu isə hökumətin 2023-cü ildə nəzərdən keçirildiyi proqramdan 6% artıqdır.
Erməni mətbuatının yazdığına görə, bu rəqəmləri Ermənistanın Maliyyə Nazirliyi təqdim edib. 2024-cü ildə müdafiə xərclərinin 2020-ci il ilə müqayisədə 81% artması gözlənilir.
2024-cü ildə dövlət büdcəsinin xərclərinin 17%-dən çoxunun müdafiə sahəsinə yönəldilməsi gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=197942