Zelenskinin bunker həyatı: “Yatağı dar idi və bayat çörək yeyirdi”

24.01.2024 - 13:54
Ukrayna prezidenti Volodimir Zelenskinin bioqrafı, “Time” jurnalının jurnalisti Saymon Şuster “The Showman” kitabında Ukrayna liderinin ölkədə hərbi əməliyyatlar başlayandan sonrakı ilk aylarda bunkerdəki həyatını yazıb. Kitabdan bir parça Britaniyanın The Telegraph nəşri tərəfindən dərc edilib.
Bioqrafın sözlərinə görə, ilk aylar bunkerdəki gecələr Zelenski üçün ən çətin vaxt olub. Ukrayna liderinin çarpayısı dar olduğu üçün onun üzərində fırlanmaq və dönmək mümkün deyilmiş. Şuster bildirir ki, Zelenskinin telefonu heç susmurmuş.

Müəllif qeyd edib ki, ilk günlərdə Zelenskinin özü hamını ayağa qaldırıb. Ukrayna lideri jurnalistə deyib ki, zərbələrin haradan və necə edildiyini bilməyincə onun yatmağa haqqı yoxdur. Sığınacaqda yemək üçün demək olar ki, heç nə olmayıb.Şuster bildirib ki, yığıncaqlarda şirniyyat paylanırmış, ümumi mətbəxdə isə ət konservləri və bayat çörək olurmuş. Bir nazir ona bir neçə gün şokoladla yaşadığını deyib.

Kitabın müəllifi xüsusi əməliyyatın ilk günlərində Zelenskinin solğun göründüyünü xatırlayır: “O, bunkerdə günəş işığının və təmiz havanın olmamasından şikayətlənirdi”. Jurnalistin köməkçisi qeyd edib ki, canlı insan belə görünə bilməz: “Bir səhər prezident “sabahınız xeyir” deyə mızıldandı. Heç cavab verə bilmədim. Mən heç vaxt insanı belə vəziyyətdə görməmişəm”.

Jurnalistin sözlərinə görə, zaman keçdikcə bunkerdəki həyat yaxşılaşmağa başlayıb: “Belə ki, Zelenskinin səhər yeməyində omlet yeməyə vaxtı oldu. Tabeliyində olanlara isti yeməklər: sosiska, kartof küftəsi və gulaş verildi. Zelenski ilə bir il keçirdim və onun şəxsiyyətinin necə tamamilə dəyişdiyini gördüm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198002

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829