Türkiyə ilə İran arasında 10 müqavilə imzalandı – SİYAHI

25.01.2024 - 11:32

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan İran prezidenti ilə İbrahim Rəisi ilə Prezident Külliyesində görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təkbətək və geniş heyətlə geçirilən görüşlərdən sonra tərəflər arasında 10 müqavilə imzalanıb.

Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən anlaşmalar aşağıdakılardır:

– Türkiyə Elektrik Transmissiya A.Ş. (TEİAŞ) və İran Şəbəkə İdarəetmə Şirkəti (IGMC) arasında Əməliyyat Sazişi

– Türkiyə Respublikasının Ticarət Nazirliyi və İran İslam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurası arasında Azad Zonalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

– Türkiyə Respublikası Prezidentinin Kommunikasiyalar İdarəsi ilə İran İslam Respublikası Rəyasət Heyətinin Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

– Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyi arasında Dəmir Yolu Nəqliyyatı üzrə Çərçivə Sazişi

– Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İranın Elm və Texnologiya üzrə vitse-prezidenti arasında elmi, sənaye və texnoloji əməkdaşlığa dair Anlaşma Memorandumu

– 2025-ci il Qarşılıqlı Mədəniyyət İli ilə bağlı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında əməkdaşlıq niyyəti haqqında Bəyannamə

– Türkiyə Respublikasının Polis Akademiyası ilə İran İslam Respublikasının Amin Polis Universiteti arasında Anlaşma Memorandumu

– Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsinə dair Anlaşma Memorandumu

– Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Silahlı Uçuş Təhlükəsizliyi Zabitlərinin Təyinatı üzrə Anlaşma Memorandumu

– Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198020

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031