İrana XƏBƏRDARLIQ EDİLDİ

26.01.2024 - 15:39

Çin İrandan Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hücumlarını dayandırmağa kömək etməsini istəyib. Musavat.com xəbər verir ki, bu barədə “Reuters” İran mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Çin və İran bu yaxınlarda Qırmızı dənizdəki vəziyyəti müzakirə etmək üçün Pekin və Tehranda bir neçə görüş keçirib. “Çin bildirib ki, maraqlarına hər hansı şəkildə zərər vurularsa, bu, Tehranla ticarət əlaqələrinə təsir edəcək. Buna görə də İran təmkin nümayiş etdirmək üçün husilərə təsir etməlidir”, – deyə mənbə bildirib.

Tehranla ticarət əlaqələrinin kəsilməsi ilə bağlı konkret şərh verilməyib. Agentlik yazır ki, Qırmızı dənizdə husilərin hücumları gəmiçilik və sığorta xərclərinin artmasına səbəb olub, Çinin Avropa və Asiya arasındakı ticarət yolunu pozub. Qeyd edək ki, husilər ötən il noyabrın ortalarından etibarən Qırmızı dəniz və Ədən körfəzində 30-dan çox mülki gəmiyə hücum edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198086

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829