ABŞ parçalanma təhlükəsində: 25 ştat rəhbəri Baydenə qarşı birgə bəyannamə imzaladı
ABŞ-da 25 Respublikaçı ştat qubernatoru Texasla hökumət arasında sərhəd mübahisəsində Texası dəstəkləyib. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 25 ştat Konstitusiya Məhkəməsinin Meksika sərhədindəki hasarların sökülməsinə dair qərarına qarşı çıxıb.
Respublika Qubernatorlar Dərnəyi tərəfindən verilən bəyanatda deyilir: “Biz sərhədi qorumaq üçün tikanlı məftillər də daxil olmaqla, hər cür vasitə və strategiyadan istifadə etməkdə qubernatorumuz Qreq Abbott və Texas ştatı ilə həmrəyyik”.
Xatırladaq ki, ABŞ Konstitusiya Məhkəməsi qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün Texas qubernatoru Gregg Abbott tərəfindən Meksika sərhədində çəkilmiş məftilli hasarın mərkəzi hökumətə bağlı məmurlar tərəfindən kəsilə biləcəyinə qərar vermişdi.
Texas qubernatoru Greg Abbott isə qərara qarşı çıxaraq bu tikanlı məftillərin sərhəddən mərkəzi hökumət tərəfindən söküləcəyi təqdirdə, yenidən quraşdırılacağını bəyan edib. O, Texasın özünümüdafiə hüququnun hər hansı bir federal qanunu əvəz etdiyini iddia edib və qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün hasardan istifadə etməyə davam edəcəyini söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=198109