Keçmiş alman deputatlar Azərbaycandan milyonlarla avro rüşvət almaqda ittiham olunur
Münhen Respublika Prokurorluğu keçmiş Bundestaq üzvləri Aksel Fişer və Eduard Lintnerə qarşı ittiham irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat dərc olunub.
“Dövlət prokurorluğunun məlumatına görə, Baden-Vürtemberq və Bavariyadan olan iki siyasətçinin Azərbaycanın maraqları naminə səslərə təsir etmək üçün bu ölkədən pul götürdükləri bildirilir”, – “Bild” yazır.
Aksel Fişer
Bildirilir ki, Fişer və Lintnerə qarşı iş Almaniya Xristian Demokrat İttifaqının (CDU) sabiq üzvü, 2021-ci ildə tətildən qayıdarkən gözlənilmədən vəfat etmiş Karin Strenzlə də bağlıdır.
Adıçəkilən şəxslərin Azərbaycandan külli miqdarda pul qəbul etdiyi bildirilir.
“Görünən odur ki, bu, bir neçə milyon avronu əhatə edir”, – nəşr qeyd edir.
Eduard Lintner
Qeyd olunur ki, hər üç siyasətçi Azərbaycanın da təmsil olunduğu Avropa Şurası Parlament Assambleyasının üzvü olub.
Bundestaq üzvü Frank Şvabe ARD telekanalına müsahibəsində deyib ki, bu, 1949-cu ildən bəri Almaniya Bundestaqında baş verən ən pis hadisədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=198178