“Növbəti hədəf Avropa olacaq” – Netanyahudan MÜHARİBƏ AÇIQLAMASI
“İsrail Qəzza zolağında HƏMAS radikal qruplaşmasına qarşı əməliyyatı başa çatdırmasa, ABŞ və Avropanın təhlükəsizliyi sual altında olacaq”. KONKRET.az xəbər verir ki, belə açıqlama ilə İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib.
Onun fikrincə, Yaxın Şərqdə barbarlıq qalib gəlsə, o zaman növbəti hədəf Avropa və Amerika olacaq. “Biz Qəzzada qalib gəlməli və tam qələbə qazanmalıyıq”, – deyə Netanyahu bildirib. Onun nöqteyi-nəzərindən Qərb Fələstin anklavında baş verənlərə adi atışma kimi yox, İranın şər oxunun tuşlandığı ciddi qarşıdurma kimi baxmalıdır. O vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət təzyiqlərə tab gətirə bilməsə, o zaman yəhudi dövləti təkbaşına hərəkətə keçəcək. “Biz üzərimizə düşəni edəcəyik”, – deyə İsrailin baş naziri.bəyan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=198186