İranla ABŞ arasında hərbi toqquşma: Hərbçilər Baydenin təsdiqini gözləyir

30.01.2024 - 16:19

“Bütün əvvəlki məhdudlaşdırma tədbirləri Tehrana kifayət qədər təsir göstərməyib, buna görə də eskalasiya qaçılmazdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun keçmiş Baş Qərargah rəhbəri Ceremi Baş “Politico”-ya müsahibəsində deyib.

Görünən odur ki, ABŞ ilə İran arasındakı qarşıdurmanın birbaşa hərbi müstəviyə keçməsi ehtimalı getdikcə artır. Bunun əsas səbəbi kimi isə İranın regiondakı proksi qüvvələrinin İsrail, yaxud ABŞ-nin digər müttəfiqləri ilə kifayətlənməyərək, birbaşa ABŞ hərbi bazalarını, Amerika hərbçilərini hədəfə alması göstərilir.

Artıq xəbər verildiyi kimi, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı naməlum PUA-ların İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəd yaxınlığında yerləşən ABŞ-nin “Tower 22” bazasına hücumu barədə məlumat verib. Nəticədə 3 hərbçi həlak olub, 34-ü yaralanıb. ABŞ Prezidenti Co Bayden bildirib ki, hücum Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirilib. Tehran bu ittihamları rədd edərək, hücumla heç bir əlaqəsinin olmadığını və “regiondakı müqavimət qruplarının” onun əmrlərinə tabe olmadığını bildirib.

Lakin təbii ki, ABŞ İranın bu açıqlamasını ciddi qəbul etmir. “Politico” nəşri özünün ABŞ Administrasiyasındakı mənbələrinə istinadla xəbər verir ki, ABŞ İordaniyadakı hərbi bazasına hücuma Suriya və ya İraqdakı İran qüvvələrinə və ya İranın Fars körfəzindəki hərbi-dəniz qurğularına hücum etməklə cavab verməyi düşünür. Nəşr bildirir ki, hərbi cavab variantları Prezident Co Baydenin təsdiqini gözləyir. Qeyd olunur ki, cavab zərbələri Baydenin təsdiqindən uzağı iki gün sonra həyata keçiriləcək və bir neçə hədəfə qarşı dalğalar şəklində yönələcək.

“The Wall Street Journal” isə öz mənbələrinə istinadla yazıb ki, ABŞ öz hərbi bazasına qarşı PUA hücumunun qarşısını almaqda acizlik göstərib. Çünki zərbə vurulan vaxt bazaya Amerika PUA-sı da qayıdırmış. Bu isə çaşqınlıq yaradıb və PUA-lardan hansının Amerikaya aid olduğunu aydınlaşdırmaq çətin olub. Nəşrin məlumatına görə, bazaya hücum edən PUA İranın dəstəklədiyi qruplar tərəfindən İraq ərazisindən buraxılıb.

CNN xəbər verir ki, ABŞ-nin İordaniyadakı ABŞ hərbi bazasına PUA hücumuna cavabı İraq və Suriyadakı əvvəlki cavab hücumlarından daha güclü ola bilər. Hazırda həm Pentaqon, həm də Ağ Ev öz planlarını gizli saxlamağa çalışır. CNN yazır ki, Bayden İordaniyadakı bazaya hücumlardan sonra böyük təzyiq altında qalıb. Bəzi respublikaçılar oktyabr ayından bəri Suriya və İraqda 160-a yaxın hədəfə hücum edərək 120-yə yaxın ABŞ hərbçisinin yaralanmasına səbəb olan İrandan ABŞ-nin birbaşa qisas almasını tələb edirlər. Eyni zamanda, CNN-in qeyd etdiyi kimi, son aylarda ABŞ İraq və Suriyadakı İran qruplarının silah anbarlarına dəfələrlə hücum edib, “lakin bu, yaraqlıları dayandıra bilməyib”.

CNN-ə danışan ABŞ-nin Yaxın Şərq üzrə sülh danışıqlarının keçmiş iştirakçısı Aaron Devid Miller deyib ki, ABŞ-nin gözlənilən cavabı “həqiqi regional müharibəyə səbəb olmaq” riskini daşıyır: “Onlar bilirlər ki, İran ABŞ ilə birbaşa münaqişəyə tab gətirə bilməz, lakin bu, “Hizbullah”ı tamamilə İsrailə və ya Amerika obyektlərinə qarşı qoya bilər”.

Beləliklə, qonşuluğumuzda yerləşən İranın ətrafında həlqə müəyyən dərəcədə daralmağa başlayır. Məsələnin ciddi narahatlıq doğuran tərəfi həm də odur ki, Tehranın apardığı aqressiv xarici siyasət təkcə İrana deyil, bütün region ölkələri üçün ciddi problemlər yarada bilər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198233

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829