ABŞ-a məxsus F-16 dənizə düşdü: 1 ildə eyni bölgədə 4-cü şübhəli qəza…

31.01.2024 - 11:16

ABŞ-a məxsus F-16 qırıcı təyyarəsi Cənubi Koreyanın qərb sahillərində Sarı dənizə düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Cənubi Koreyanın paytaxtı Seuldan təxminən 180 kilometr cənubda Kunsan Hava Bazasında yerləşən 8-ci Hava Donanmasına aid F-16 döyüş təyyarəsi Sarı dəniz üzərində fövqəladə vəziyyətlə qarşılaşıb.  Belə ki, F-16 yerli vaxtla saat 08.41-də qəzaya uğrayıb.

Məlumaat görə, özünü təyyarədən atmağı bacaran pilot Cənubi Koreya və ABŞ-ın birgə fəaliyyəti ilə saat 09.30 radələrində xilas edilib: “Onun hazırda səhhəti yaxşıdır. Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb”. Xatırladaq ki, keçən dekabr ayında da ABŞ-ın 8-ci Hava Donanmasına məxsus F-16 adi təlim zamanı Sarı dənizə düşüb.

Ötən ilin may ayında isə ABŞ-ın 51-ci Hava Donanmasına məxsus F-16 təyyarəsi Seulun cənubundakı Osan aviabazasının yaxınlığında qəzaya uğramışdı. Hər iki qəzada özlərini təyyarədən atan pilotlar xilas ola biliblər. Bundan başqa, ötən ilin noyabrında Yaponiyada təyyarə qəzasında 8 ABŞ əsgəri həlak olub. Osprey tipli hərbi təyyarənin Yakuşima adasında sulara düşdüyü və 8 ekipaj üzvünün hamısının öldüyü açıqlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=198255

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031