Türkiyə parlamentində QARŞIDURMA: İlk dəfə deputat mandatdan MƏHRUM EDİLDİ

31.01.2024 - 11:48

Türkiyədə həbsdə olan müxalifətçi deputat Can Atalay mandatından məhrum edilib. Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, bu, ölkə parlamenti tarixində ilk hadisədir.
Yanvarın 30-da Atalayın mandatdan məhrum edilməsi məsələsinin müzakirə olunduğu iclas keçirilib. Atalay ilə yanaşı, Həsən Bitmezin də deputat səlahiyyətləri dayandırılıb. O, 2023-cü ilin dekabrında vəfat edib. “Parlamentin iclasında Hataydan olan deputat Can Atalayın nəhayət mühakimə olunduğu Kassasiya Məhkəməsinin qərarı oxunub”, – deyə parlamentin mətbuat xidmətindən bildirilib. O da qeyd edilir ki, Türkiyə Konstitusiyasının 84-cü maddəsinin ikinci bəndinə uyğun olaraq mandat ləğv edilib.
Qərarın müzakirəsi parlamentdə şiddətli qarşıdurmaya səbəb olub. Ana müxalifət Xalq Cümhuriyyət Partiyasının deputatı Aysu Bankoğlu əsas qanunun surətini TBMM sədri Bəkir Bozdağa atıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=198273

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031