Rusiyanın daha bir gəmisi batırıldı
Ukrayna Rusiyanın Qara dəniz hərbi donanmasını sıradan çıxarmaqda davam edir.
“AzPolitika.info” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, fevralın 14-də səhər saatlarında Krım yaxınlığında Rusiyaya aid “Sezar Kunikov” adlı böyük desant gəmisi məhv edilib. “Ukrainskaya Pravda” nəşri özünün Ukrayna Hərbi Kəşfiyyatındakı mənbələrinə istinadla yazıb ki, bu idarənin PUA-ları Rusiyanın böyük desant gəmisi Sezar Kunikovu vurub. Uğurlu hücum nəticəsində Rusiya gəmisi batıb. Onun göyərtəsindəki silah-sursat detanasiya edib. Gəmiyə kömək üçün başqa gəmilər, hətta sualtı qayıq göndərilib. Krımda yaşayan sosial şəbəkə istifadəçiləri də məlumatı təsdiqləyib və bununla bağlı video paylaşıblar.
Hələ ki, tərəflər hər hansı rəsmi açıqlama verməsələr də, bunun tezlikllə baş verəcəyi gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=198483