Rusiyada yeni doğulan uşağa Vladimir-Putin adı verilib

16.02.2024 - 13:26

Rusiyada yeni doğulmuş körpəyə Vladimir-Putin adı qoyulub. Oğlan Nijnevartovskda anadan olub. Musavat.com nv86.ru saytına istinadla xəbər verir ki, valideynlər övladlarını Rusiya Federasiyası prezidentinin şərəfinə adlandırmaq qərarına gəliblər. Vladimir-Putin Qoşqaroviç 9 fevral 2024-cü ildə anadan olub. Valideynləri oğlan gözlədiklərini bilən kimi ona belə bir ad qoymaq barədə qərar verdilər.

“Ölkə üçün çox işlər görən prezidentimizin heç vaxt unudulmaması üçün oğluma bu adı vermək qərarına gəldim”, – deyə Vladimir-Putinin atası NV86.ru portalı ilə paylaşıb. Vladimir Putin 4,1 kq çəkidə və 56 sm boyunda doğulub. O və anası özlərini əla hiss edirlər. Ailəsi onu Putin adlandırır. Təəssüf ki, bu barədə yayılan çoxsaylı informasiyalrın heç birində yeni doğulan körpənin atasının soyadı və ata adı, əslən haralı, hansı millətdən olduqları göstərilmir. Amma uşağın ata adının Qoşqar olması bəzi təxminlərə yol aça bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198550

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930