İsrailin Qəzzaya hücumu: hər gün 300 milyon dollar xərclənir
İsrailin Qəzzaya hücumlarına çəkilən günlük xərc bəlli olub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzzaya hücumun ölkə iqtisadiyyatına ümumilikdə 400 milyard dollar zərər gətirəcəyi iddiası var.
Məlumata görə, İsrail hazırda savaşa hər gün 300 milyon dollar xərcləyir: “Araşdırmalara əsasən, İsrail oktyabrın 7-dən bəri davam edən müharibəyə hər gün 300 milyon vəsait sərf edib. Başqa sözlə desək, 4 aydan çox müddətdə davam edən müharibə İsrail iqtisadiyyatına hələlik 60 milyard dollar itki yaradıb. Savaşın hələ davam etdiyini və bunun iqtisadiyyatın qollarına – turizmdən tutmuş ən kiçik ticarətə qədər gəlirə zərbəsini də nəzərə alsaq, bu müharibənin İsrailə ən azı 400 milyarda başa gələcəyini əminlklə deyə bilərik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=198554