Rusiya müxalifətinin “dəfni”

19.02.2024 - 10:44

Navalnının ölümünə bu qədər “dərin sükut” Rusiya üçün yaxşı heç nə vəd etmir, insanların daxilindəki narazılıq enerjisini bu qədər sıxmaq nə deməkdir?  

İki gündür Navalnının nədən vəfat etməsi və cəsədinin harada saxlanılması kimi ilk baxışdan sadə görünən suallara rəsmi cavab yoxdur. Kremlə yaxın media  mövzu haqda ancaq rəsmi xəbərlər yazır. Moskva və Peterburqda isə Navalnını güllərlə belə anmağa imkan verməyiblər, bir az fəallıq göstərənləri həbsə atıblar.

FDFDFDF.JPG (57 KB)

Əlbəttə ki, Rusiya özünü yandıran göysatana görə inqilab edən və 30 illik prezidenti bir neçə günə ölkədən didərgin salan Tunis deyil, heç Liviya səhrasında xalqdan oğurladığı neft milyardlarını gizlədən və sonu ağır olan Qəddafi rejiminə də bənzəri yoxdur. Rusiya atom bombası olan fövqəldövlətdir və Qərbin ağlı başında olan dairələri birdən-birə dağılmasını istəməz, hətta buna imkan verməz.

Rusiyada baş verənlərə diqqət ona görə lazımdır ki, istəsək də, istəməsək də Azərbaycanın həm daxili, həm xarici siyasətinə təsir edə biləcək qonşumuzdur. Rusiyanın dağılmasının guya bizə xeyiri olduğunu deyənlər yanılırlar, bu ölkənin zəifləməsi ayrı hadisədir, dağılması tam fərqli. Dağılması bizi elə bəlalara ürcah edər ki, erməni məsələsi yalan olar. Amma dağılarsa, biz onun qarşısını ala da bilmərik, çünki bu bizim işimiz deyil.

Putinin prezident seçkisinə 1 aydan da az zaman qalır. Hakimiyyətdə və Ukrayna ilə müharibədə fövqalədə hadisələr baş verməzsə, biz Bakıda Novruz şəkərburası yeyəndə Rusiya (15-18 mart tarixlərində) yeni prezidentini seçəcək. Putin ağıllı adamdır, amma zaman gələcək ki, Rusiyanın siyasi sistemindən real müxalifəti silməsinin bədələni ağır ödəməli olacaq.

article-2342817-1A5E262E000005DC-957_1024x615_large.jpg (98 KB)

1991-1992-ci illərdə o zamankı parlamentə rəhbərlik edən Xasbulatovla vitse-prezident Rutskoy tərəfdarlarının Rusiya prezidenti Boris Yeltsinə qarşı çıxması müasir Rusiya müxalifətçiliyin başlanğıc tarixi hesab oluna bilər. Onlar Yeltsinin Ali Soveti ləğv etməsi fərmanın tanımamış və nəticədə ölkədə siyasi və hüquqi böhran yaranmış, Rusiya prezidenti və parlamenti arasındakı qarşıdurma 1993-cü ilin oktyabrında Moskvada tankların iştirakı ilə silahlı toqquşmalarla sona çatmışdı. Məhz 1993-cü il oktyabr hadisələrindən sonra Rusiyada siyasi və ideoloji müxtəlifliyi legitimləşdirən ikipalatalı parlament yaradılmasını özünü əks etdirən konstitusiya qəbul edildi. Əgər 1995-ci ildə Dumaya ilk demokratik seçkilərdə Rusiya kommunistləri 157 mandata sahib idilərsə, zamanla real müxalifət sıradan çıxarıldı, sistem müxalitətinə çevrildilər. 2003-cü ildən bəri isə Rusiyada faktiki olaraq təkpartiyalı(“Vahid Rusiya”) rejim qurulub.

Navalnının ölümünə bu qədər “dərin sükut” Rusiya üçün yaxşı heç nə vəd etmir, insanların daxilindəki narazılıq enerjisini bu qədər sıxmaq nə deməkdir?  Rusiyanın müxalif(xarici agent)saytlarını birində Navalnın ölümü ilə bağlı belə bir başlıq gördüm: “Ağlamaq istəyirəm, amma bacarmıram…” İnsanlarda qəzəb, kədər və qəzəb var, Rusiya hakimiyyəti isə  sevənlərinin belə ağlamasına imkan vermir. Aydındır, həssas zamandır, Rusiyada qarışıqlıq, gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr var. Amma bu gərginlik bir yerdəın vurub çıxmalıdır nə zamansa, o vaxt nəticələr daha ağır ola bilər…

Rusiyadakı indiki sükuta görə sistemdənkənar müxalifətin də suçu böyükdür.Br neçə dəfə birləşməyə cəhd etdilər, 2012-ci ildə hətta Rusiya liberalları müxalifətinin Koordinasiya Şurasını formalaşdıra da bildi.Məhz müxalifətin birləşməsi sayəsində 2012-ci ilin fevralında “Bolotnoya meydanı”nda Dumaya seçkilərin saxtalaşdırılmasına etiraz olaraq ən izdihamlı aksiya keçirildi, böyük şəhərlərdə və əyalətlərdə də on minlərin iştirakı ilə mitinqlər təşkil olundu. İndi bir anım mərasimi belə mümkün deyil…

5439e25b533b62e1e67e981cb25cc4ae.jpg (120 KB)

Müxalifət sonralar da birləşməyə bir neçə dəfə cəhd etsə də, buna nail ola bilmədi. Boris Nemtsovun qətlindən sonra isə müxalifət daha da zəiflədi, bəziləri fəaliyyətini dayandırdı, bəziləri qorxub ölkədən qaçdı. Navalnıya gəldikdə isə o, korrupsiya ilə bağlı araşdırmanı hələ 2012-ci ildə “Həqiqət maşını” adlı projekti ilə sınaqdan çıxarmışdı, amma sonra nədənsə, geri çəkildi. 2017-2018-ci illərdə hakimiyyətə yaxın şəxslərin korrupsiya əməlləri haqda araşdırma materiallar yayımlandı, Navalnının çağırışı ilə bir neçə aksiyalar keçirildi. Navalnı obrazı belə yarandı… Xarici qüvvələr isə onun personası ətrafında dərhal təşkilatlandı, ona fokslandı.

Həyatdan nakam getmiş Navalnı haqda yaxşı danışmaq lazımdır, ya da heç danışmamaq.  Navalnın arvadının Münhendəki çıxışında deyib ki, Putin və ətrafı həm Rusiyaya, həm onun ailəsinə yaşatdıqlarına  görə tezliklə cavab verəcəklər. Navalnın bir neçə il əvvəl müsahibəsində öldürüləcəyi halda nə etmək lazım olduğunu deyib, indi o hissə də tirajlanır. Navalnı deyib ki, öldürülsə, təslim olmamaq, şərə qarşı mübarizə aparmaq lazımdır. Navalnı canını qurtardı, Rusiyanı gələcəkdə nə gözlədiyi isə demək çətindir…

Rusiya tarixən o vaxt sarsılıb, o vaxt ərazilər itirib ki, daxildə inqilablar baş verib. Bu yaxınlarda yazmışdım ki,   “Rusiyanı rusdan başqa kimsə yıxa bilməz”, yenə o fikrimdə qalıram…

Nazim SABİROĞLU,
Musavat.com   

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930