Türkiyə kəşfiyyatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib – Saxlanılanlar var

20.02.2024 - 14:45

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib. MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib.

Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=198649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31