Xersonda onlarla rus hərbçisi belə məhv edildi – VİDEO
Ukrayna Silahlı Qüvvələri tərəfindən Xersonda rusların nəzarətində olan bölgəyə raket zərbələri endirilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Telegram” kanallarında video yayılıb. Həmin videoda rus hərbçilərin toplaşdığı bölgələrə 3 raket zərbəsinin endirildiyi görünür. Paylaşımdan da görünür ki, raket zərbələri nəticəsində onlarla rus hərbçisi həlak olub.
Son günlər analoji hadisənin təkrarlanması fonunda rusiyalı hərbi ekspertlər ölkənin hərbi komandanlığını hərbçilərin həyatını təhlükəyə ataraq açıq əraziyə toplamaqda günahlandırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=198704