Bayden Putini təhqir etdi – “Bizdə Putin kimi başı xarab…”

22.02.2024 - 11:32

ABŞ prezidenti Co Bayden çərşənbə günü Kaliforniyada keçirilən ictimai ianə aksiyasında Vladimir Putini təhqir edib. “AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, qısa çıxışı zamanı Bayden Putin kimi “başıxarabların” dünya üçün nüvə təhlükəsi yaratdığını bildirib: “Bizdə Putin kimi başı xarab it oğlu və onun kimi başqaları var. Biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”.

Bayden bildirib ki, ABŞ Aleksey Navalnının Rusiya həbsxanasında ölümünə görə Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini cümə günü elan edəcək. San-Fransiskoda keçirilən ianə aksiyasında Bayden həmçinin potensial prezidentliyə namizədi Donald Trampı onun hüquqi problemlərini Navalnınınki ilə müqayisə etdiyinə görə sərt tənqid edib: “O, özünü Navalnı ilə müqayisə etdi. Dedi ki, ölkəmiz kommunist ölkəsinə çevrildiyindən Navalnını necə təqib edirlərsə, o da təqib olunur. Lənətə gəlsin, bunu necə təsəvvür edə biləcəyinizi bilmirəm”.

Xatırladaq ki, bundan öncə Bayden Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalını başladan Putini “qəssab” və “hərbi cani” adlandırmışdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198708

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930