Zelenskidən Rusiyanı DƏHŞƏTƏ GƏTİRƏN açıqlama

22.02.2024 - 12:55

Ukrayna Rusiyanın 7 Suhoy (Su) tipli döyüş təyyarəsini vurub. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinə təşəkkür edib:

“Hərbi Hava Qüvvələrimizə və səmamızı müdafiə edən hər kəsə təşəkkür etmək istəyirəm. Rusiya hərbi təyyarələri ilə bağlı yaxşı nəticələr var. Bir həftə ərzində Rusiyanın 7 “Su” reaktiv döyüş təyyarəsi vuruldu. Bu il ölkəmiz üçün ən mühüm hədəflərdən biri səmanı və ön mövqelərimizi Rusiyanın hava və raket hücumlarına qarşı müdafiə etməkdir”.

Ukrayna prezidenti yeni təhlükəsizlik razılaşmaları etməyi planlaşdırdıqlarını bildirib:

“Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Bunlar çox vacib müqavilələrdir. Bu razılaşmalara döyüşçülərimizə yeni müdafiə dəstəyi, dövlətimiz üçün çox xüsusi maliyyə təminatları və dövlətimizi, cəmiyyətimizi daha böyük imkanlara, dünya ilə daha geniş qarşılıqlı əlaqəyə və daha böyük gücə yaxınlaşdıran siyasi əməkdaşlıq daxildir. Önümüzdəki həftələrdə bir neçə yeni təhlükəsizlik sazişi də hazırlayacağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930